Astarada yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər verir ki, rayonun Qamışovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 115 m2 sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər ev sahibi 1931-ci il təvəllüdlü İsgəndərova Nərgiz Ağahüseyn qızının meyitini aşkar edərək aidiyyatı üzrə təhvil veriblər.
Evin qalan hissəsi və yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub.
Yanğın saat 22:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB