Hələblilərin sevinci Qərbi məyus etdi VİDEOLAR

Hələblilərin sevinci Qərbi məyus etdi VİDEOLAR

Suriyanın Hələb şəhərinin "İŞİD", "Ən Nusra" və başqa terror təşkilatlarından azad olunması şəhər sakinləri tərəfindən böyük coşqu hissləri ilə qeyd edilməkdədir. SİA xəbər verir ki, "Alalam" və s. ərəbdilli informasiya mənbələrinin yaydıqları görüntülərdən də görünür ki, uzun müddətdir vəhşi terrorçuların əsirlərinə və girovlarına çevrilmiş hələblilər Suriyanın prezidenti Bəşər Əsədə və oonun müttəfiqlərinə minnətdarlıq hisslərini bölüşürlər. Belə ki, ötən müddət ərzində 10 minlərlə insanın bu və ya digər şəkildə həyatını itirməsi, şəhərin demək olar ki, tamamilə dağılmasından sonra azad olmuş hələblilər bayram ovqatı yaşayırlar.

Bu arada ABŞ-ın və hərbi koalisiyaya daxil olan digər Qərb ölkələrinin mediası isə Hələbdə baş verənlər barədə tamamilə əks informasiyalar yayırlar. Məsələ ondadır ki, onlar Hələb küçələrinin insan cəsədləri ilə dolub-daşdığını qeyd edir, günahkarların isə Suriya və oonun Rusiya-İran müttəfiqlərinin olduğu bildirilir. Halbuki, şəhəri və dinc sakinləri uzun müddət canlı qalxan kimi girovlarında saxlayan terrorçular oranı tərk etməmiş kütləvi qətliamlar törədiblər. Suriyanın iinformasiya mənbələri bu barədə çoxsaylı videolar yerləşdirməkdədidrlər. Videokdarlardan birindən görünür ki, "İŞİD" üzvləri Hələbdən çıxarkən, şəhərin əsas xəstəxanalarından birini dağıdıb, tibbi avadanlıqları məhv edib, xəstələri isə yaşlarına və qadın-kişi, yaşlı olmalarına rəğmən döyüblər.

SİA da öz növbəsində Hələbdəki mövcud vəziyyətin videogörüntülərini, hələblilərin sevinclərini əks etdirən videogörüntüləri aşağıdakı linklər vasitəsilə təqdim edir:

https://www.youtube.com/watch?v=P8XKiS0d2yM

https://www.youtube.com/watch?v=ez28oy1CxxA

https://www.youtube.com/watch?v=DsSS1q7XsV8

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə