Rusiya prezidenti Vladimir Putin "LİKOİL" neft şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərova "Rosneft" şirkətinin özəlləşdirilməsi ilə bağlı təklif etməyib. SİA xəbər verir ki, bu barədə "İntefax" agentliyi yazır.
"Xeyr, belə bir şey baş verməyib. Söhbətin mövzusu tamamilə başqa olub"-deyə Ələkbərov "Rossiya 24" telekanalına KİV-lərdə Putinin ona sözügedən təklifdə bulunması ilə bağlı gedən məlumatlara münasibətini bildirərkən deyib.
Qeyd olunur ki, dekabrın 7-də "Rosneft"in rəhbəri İqor Seçin prezidentə şirkətin 19,5 % səhmlərinin özəlləşdirilməsi ilə bağlı əməliyyatın başa çatdığı haqqında məlumat verib. Alıcılar və strateji investorlar isə Glencore və Qətərin suveren fondunun konsorsiumu olub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB