Malena Mard 3+2 formatında görüşün baş tutmamasına münasibət bildirib
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Hamburqda ATƏT XİN Şurasının iclası çərçivəsində 3+2 formatında görüşün baş tutmamasına münasibət bildirib. M.Mard SİA-ya açıqlamasında deyib ki, Aİ Dağkıq Qarabağ münaqişəsinin sülh yolu ilə hərtərəfli həllini dəstəkləyir: "Biz, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəkləyirik və hesab edirik ki, tərəflər arasında dialoqun olması çox vacibdir. Biz inanırıq ki, tərəflər arasındakı görüşlər və danışıqların davam etməsi sülh prosesinin təşviqi üçün çox vacibdir". Qeyd edək ki, Azərbaycan XİN Ermənistanın destruktiv siyasəti və görüşdən yayınmaq cəhdləri nəticəsində həmsədrlərin təklif etdiyi 2+3 (Azərbaycan, Ermənistan + Rusiya, ABŞ, Fransa) formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmadığını bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB