"Vaxtı ilə deputatlar və digər kateqoriyadan olan insanlar üçün mənzillər tikilirdi. Baş Nazir Artur Rasizadənin 2006-cı ildə verdiyi sərəncamı ilə konpensasiya verilmək şərti ilə yüksək məbləğdə dövlət vəsaiti hesabına deputatlar üçün binaların tikilməsi nəzərdə tutulmuşdu. Üstündən 10 il keçib və dövlət büdcəsindən milyonlarla vəsait o şirkətlərə ayrılıb. Amma 10 il keçməsinə baxmayaraq, şirkət hələ də mənzilləri tikib insanlara verməyib". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Bəxtiyar Əliyev deyib.
Məsələ ilə bağlı Baş Nazirə müraciət edən millət vəkili qeyd edib ki, uzun müddət keçməsinə baxmayaraq evlər üçün ayrılan vəsaitin hara xəsrcləndiyi bilinmir: " Bu baxımdan xahiş edirəm ki, Baş nazir bunun araşdırılması ilə bağlı göstəriş versin. Çünki, insanların evə ehtiyacları var".
Məsələ ilə bağlı millət vəkilinə cavab verən Spiker Oqtay Əsədov burada heç bir maliyyə probleminin olmadığını deyib: "Bəxtiyar müəllim, siz 2002-ci ildə deputatlar üçün tikilən mənzillərdən danışırsınız? Orada növbədə olan deputatların 80 faizi ya pullarını, ya da mənzillərini alıblar. İndi də binanı başa çatdırırlar. Bina başa çatdıqda kimin orada mənzili varsa, alacaq. Bu məsələdə maliyyə ilə bağlı heç bir problem olmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB