Ombudsman: “Ümummilli Lider Heydər Əliyevin ölçüyəgəlməz xidmətləri var” AÇIQLAMA

Ombudsman: “Ümummilli Lider Heydər Əliyevin ölçüyəgəlməz xidmətləri var” AÇIQLAMA

"Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında, müstəqilliyinin bərqərar olunmasında ölçüyəgəlməz xidmətləri var. Bu il biz Azərbaycanın Dövlət Müstəqilliyinin 25 illiyini qeyd edirik. Ona görə də burada Heydər Əliyev adı xüsusilə gur səslənir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra sözün əsil mənasında müstəqilliyimiz inkişaf etdi. Bu inkişaf müxtəlif islahatlarla müşahidə olundu". Bunu SİA-ya ombudsman Elmira Süleymanova Ümummilli Lider Heydər Əliyevin dekabrın 12-də vəfat etməsinin 13-cü ildönümü ilə bağlı fikirlərini bildirərkən deyib.

Elmira Süleymanovanın sözlərinə görə, elə bir sahə yoxdur ki, orada biz bu gün də inkişaf edən istiqamətlərdə dahi şəxsiyyətin özünün qoyduğunu görməyək: "Ümummilli Lider sözün həqiqi mənasında xalqın nəbzini duyan insan idi. O sanki hər bir kəsi hiss edirdi. Onun xüsusi diqqətini qaçqın və məcburi köçkünlər cəlb edirdi. 1994-cü il 20 sentyabrda imzalanan "Əsrin müqaviləsi" kontraktı zamanı da Heydər Əliyev vəsiyyət etdi ki, neftdən əldə olunacaq ilk gəlirlər qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına diqqət yetirilməli və sərf olunmalıdır. Təbii ki, bu belədə oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev də artıq o gəlirləri əldə etdikdən sonra onun göstərişi ilə Azərbaycan ərazisindən çoxsaylı çadır düşərgələri yığışdırıldı. Beləcə qaçqın və məcburi köçkünlər üçün müasir tələblərə cavab verən qəsəbələr salındı. Həmin qəsəbələr isə xüsusi infrastruk və rahatlığı ilə təmin olunmuşdu".

Ombudsman Ümummilli Lider Heydər Əliyevin insan hüquqları sahəsindəki xidmətlərindən də danışıb: "İlk dəfə olaraq 1998-ci ildə Azərbaycanda İnsan Hüquqları haqqında dövlət proqramı imzalandı. Yenə də Ulu Öndərin özünün qoyduğu ənənələr davam etməklə sonradan Milli Fəaliyyət proqramı qəbul olundu. Təbii ki, bu, hərtərəfli inkişafa zəmin yaratdı. Bu inkişaf ilk əvvəl qanunvericiliyin təkmilləşməsi idi. Çünki qanunvericilik təkmilləşməsə əlbəttə ki, hüquqların müdafiəsi də mümkün olmaz. Bu əhalinin hər bir qrupunun hüquqlarının müdafisəinin təkmilləşməsi idi və s".

Bütün xəbərlər Facebook səhifəmizdə