Deputat: "İldə 100 gənc xaricdə təhsil almağa göndərilməlidir"

Deputat: "İldə 100 gənc xaricdə təhsil almağa göndərilməlidir"

"Azərbaycan hökuməti bütün maliyyə çətinliklərə baxmayaraq ildə yüz nəfər istedadlı gənci xaricdə reytinqli universitetlərdə oxumağa göndərməlidir. SİA-nın xəbərinə görə, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisdə büdcə zərfinin müzakirə zamanı deyib.

Deputat bildirib ki, "Xaricdə təhlis dövlət proqramın"a əsasən 2015-ci ilədək 5 min tələbə təhsil alamalı idi: "Lakin vaxt bitdi amma bu proqram sonadək yerinə yetirilmədi. Cəmi 3700 tələbə xaricə təhsilə göndərildi və onların da, əksəriyyəti ölkəyə qaytımadı və xaricdə qaldılar".

Hələ Ulu Öndərin hakimiyyəti zamanı "inoqradnı" adı ilə SSRİ-nin müxtəlif ali məktəblərinə göndərilirdi: "Onların da böyük qismi keçmiş sovet ölkələrində qalırdılar və indi bizim diasporanın əsasını təşkil edirlər. Ona görə də təklif edirəm ki, maliyyə çətinliyinə baxmayaraq ildə biz 100 istedadlı gənci xaricdəki reytinqli ali məktəblərdə təhsil almasına şərait yaratmalıdır".

Q.Həsənquliyev eyni zamanda repititorluq institutu ilə bağlı məsləyə toxunaraq qeyd edib ki, bu gün elə bir tələbə yoxdur ki, o ali məktəbə repititorsuz daxil olsun: "Çünki məktəblərdə dərs proqram üzrə keçirilir, lakin repititorlar bunu testlər üzrə həyata keçirirlər. Bu baxımdabn düşünürəm ki, təhsil sahəsində islahatlar aparılmalı, məktəblərdə də dərslər test üsulu ilə tədris edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə