"Venesiyanın Müqəddəs Lazar adasını ilk ziyarət edənlər Zori Balayanın "Armeniya" ("Ermənistan"-red.) "gəmisini" görürdülər. O, bu "gəmini" Müqəddəs Lazar adasına gətirdikdən sonra, orada saxlayıb və digər su nəqliyyatı -"Kilikiya"ya minərək səyahətə çıxıb". SİA xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazır.
Lakin nəşr qeyd edir ki, Balayanın "Armeniya" gəmisi artıq sıradan çıxmaq və batmaq üzrədir. Belə ki, uzun müddətdir ki, adada sahibsiz qalan "Armeniya"nın bu vəziyyətini görən erməni iş adamları oradakı din adamlarına gəmini 1 milyon dollara almağı təklif ediblər. Onların məqsədi erməni bayrağının Müqəddəs Lazar adasında dalğalanmasını istədiklərini desələr də, italiyalı din adamları erməni işbazlarının təkliflərini rədd ediblər. O cümlədən, Zori Balayan da "gəminin" satılmasına qarşı çıxıb.
Beləliklə, uzun müddət limana pərçimlənən "Armeniya" korroziyaya uğrayıb və texniki avadanlıqları sıradan çıxıb. "Onu təmir etmək də artıq mümkünsüzlüyə çevirlib. "Çünki adada yaşayan yerli əhalinin özü elə də bahalı həyat sürmür. Ona görə də "gəmini" təmir etməkdən yayınırlar"-deyə "Hraparak" sonda qeyd edir.
Xatırladaq ki, Zori Balayan birinci Qarabağ müharibəsi dövründə işğal edilmiş torpaqlarımızda xüsusi qaniçənliyi ilə seçilən erməni faşistlərindən biridir və o, həm də yazıçı olaraq tanınır. Belə ki, o öz hekayələrinin birində Xocalının işğalı zamanı azərbaycanlı uşağı hansı qəddarlıq üsulları ilə qətlə yetirdiyini açıq şəkildə etiraf edib. Balayan insanlığa qarşı törətdiyi cinayətlərinə görə Azərbaycan dövləti tərəfindən cani elan edilib və beynəlxalq axtarışa verilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB