"Yeni xarici siyasət konsepsiyasında Rusiya Federasiyasi tərəfindən digər həmsədr ölkələrlə qarşılıqlı fəaliyyət şəraitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin prioritet vəzifələr sırasında müəyyən olunmasını alqışlayır və təqdir edirik". Bu barədə SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, konsepsiyada münaqişənin həlli prosesində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarının 2009-2013-cü illərdə verdikləri bəyanatlarında ifadə olunan prinsiplərin əsas götürüldüyü qeyd olunur: "Qeyd etmək lazımdır ki, bu bəyanatlarda ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri dövlət başçıları səviyyəsində xüsusilə mövcud status-kvonun qəbuledilməzliyi və qeyri-davamlı olduğunu vurğulayırlar. Azərbaycan tərəfi Prezidentlərin Sankt-Peterburq görüşündə aparılmış müzakirələrə uyğun olaraq, Rusiya və ATƏT Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli, qəbuledilməz və qeyri-davamlı olan mövcud status-kvonun tezliklə dəyişdirilməsi istiqamətində konstruktiv addımlarını davam etdirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB