"Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanı müharibə ilə hədələmək ritorikası ilə çıxış etməyə başlaması heç də təsadüfi deyil". Bunu SİA-ya politoloq vasif Əfəndkyev deyib.
Onun sözlərinə görə, bu "cəsatətli" çıxışların arxasında Rusiyanın dayanması Ermənistanı arxalı köpək qismində bir az da fəallaşdırıb: "Bu yaxınlarda bu iki ölkənin vahid ordu yaratmaq barədə imzaladığı müqavilə Serj Sarkisyanın başından böyük danışması ilə sonunclandı. Aprel döyüşlərində hərbi müvəffəqiyyət qazanan Azərbaycan ordusu öz daxili imkanlarına güvənirdisə, indiki halda Ermənistan bütünlüklə Rusiyaya arxayındır. Bu müqavilə ilə onsuz da yarımmüstəqil olan Ermənistan bütün azadlıqlarını itirmiş oldu. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun Rusiya və İranın dəstəyi ilə işğal altında saxlayan Ermənistan hakimiyyəti nəhayət anlamalıdır ki, bu torpaqlar əslində onlara da məxsus deyildir. Dünyada nəzarətsiz bölgə kimi tanınan Qarabağ ərazisi qeyri-qanuni narkotik istehsalından tutmuş qaçaq ticarət mərkəzinə çevirilib".
V.Əfəndiyev əlavə edib ki, Rusiya işğal olunmuş ərazilərdə faydalı qazıntılardan tutmuş meşə massivlərinə qədər Ermənistanla razılaşmadan daşıyıb aparır: "Şuşada və Xankəndində bir-iki küçəyə asfalt çəkərək guya regionun inkişaf etdiyini təqdim edən işğalçılar Qarabağda məcburən ilişib qalan əhalini istismar edirlər. Ermənistan hakimiyyətinin fəallaşmasının bir səbəbi də dünya bazarında neftin qiymətinin ucuzlaşması səbəbindən yaranmış iqtisadi böhrandan yararlanmağa çalışmasıdır. Ölkəmizdə yaranan iqtisadi çətinliklərə baxmayaraq Azərbaycanın siyasi hakimiyyəti orduya diqqəti bir an da azatlmayıb. Hərbi əməliyyatların yenidən başlanacağı təqdirdə Serj Sarkisyan hərbi əməliyyatları Dağlıq Qarabağ ərazisinin xaricinə daşımağı düşünərək Rusiyanı bu münaqişəyə qanuni şəkildə cəlb etmək istəyir. Bu faktoru da Azərbaycan artıq çoxdan hesablamış olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB