Politoloq: "Ermənistan qarışıqlıq yaratmaq istəyir" AÇIQLAMA

Politoloq: "Ermənistan qarışıqlıq yaratmaq istəyir" AÇIQLAMA

"Rusiyanın Ermənistana verdiyi hərbi dəstək erməniləri ruhlandırıb və onların şantaj xarakterli bəyanatları, sərsəm iddiaları çoxalıb". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisini hədəf almaqla qarışıqlıq yaratmaq istədiyini qeyd edib: "Dinc əhalini hədəf götürməklə qarışıqlıq yaratmaq istəyi erməni xislətinə mənsub, müharibə qanunlarına zidd olan iyrənc addımdır. Ermənistan Azərbaycanın cəbhəyanı rayonlarında yaşayan əhalisinin yerində möhkəm dayandığını, gündəlik həyatına davam etdiyini, əməklə məşğul olduğunu görüb qarışıqlıq yaratmaq istəyir. Bunun üçün isə dinc əhalininin evlərini, əkinlərini atəşə tutaraq gündəlik həyatlarına mane olmağa çalışırlar. Azərbaycan ordusu da buna qarşı uğurlu cavab tədbirləri həyata keçirir. Belə addımlarla Azərbaycan xalqını qorxutmaq mümkün deyil. Ölkə başçımız cənab İlham Əliyev Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Bu, bütün xalqımızın iradəsidir. Biz işğal olunmuş torpaqlarımızı azad edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə