Çexiya parlamentinin vitse-spikeri Bakıya gəlir

Çexiya parlamentinin vitse-spikeri Bakıya gəlir

Çexiya parlamentinin vitse-spikeri Voytex Filip Bakıya səfər edəcək. Bu barədə SİA-ya açıqlamasında Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka deyib. O bildirib ki, vitse-spiker 14-16 dekabr tarixlərində Bakıda keçiriləcək GUAM Parlament Assambleyasının iclasında iştirak edəcək. Bundan əlavə, V.Filipin bir sıra ikitərəfli görüşlər keçirəcəyi də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə