30 min insan azadlığa çıxacaq AMNİSTİYA AKTI

30 min insan azadlığa çıxacaq AMNİSTİYA AKTI

Qazağıstanın müstəqilliyinin 25 illi ərəfəsində ölkənin 30 min sakini amnistiyaya düşə bilər. SİA xəbər verir ki, bu barədə ölkə parlamentində jurnalistlərlə söhbətində Qazağıstanın baş prokurorunun müavini İohan Merkel deyib. "Hazırda dəqiq vaxtı deməkdə çətinlik çəkirəm, lakin biz 30 minə qədər insan saymışıq"-deyə prokuror bildirib.

Amnistiya ilə bağlı layihə ölkə prezidenti Nursultan Nazarbayev tərəfindən təşəbbüs kimi irəli sürülüb və hazırda parlamentdə müzakirəyə çıxarılıb. Amnistiyaya xüsusi olaraq azyaşlılar, hamilə qadınlar, körpələri olan qadınlar, yaşlılar və qocalar, eləcə də ağır cinayət törətməyən kateqoriyalar sırasına aid olmayan insanlar aid olunacaq.

Digər cinayətlər üzrə məhkum olunanlara isə müəyyən dərəcəli əfvlər şamil ediləcək. Mnistiya aktı layihəsi qəbul olunacaqsa, onun həyata keçirilməsi 2017-ci ilin ilk altı ayında reallaşdırılacaq.

Sonuncu amnistiya isə Qazağıstanda 2011-ci ildə - ölkə müstəqilliyinin 20-ci ildönümündə həyata keçirilmişdi.

Xatırladaq ki, Qazağıstanın Ali Sovetinin 16 dekabr 1991-ci ildəki qərarına görə, ölkə öz müstəqilliyini bəyan edib. Baxmayaraq ki, SSRİ həmin zamanlar sürətlə süquta edirdi, bu ölkə keçmiş ittifaq respublikaları içində öz müstəqilliyini bəyan etmiş ən sonuncusudur.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə