Deputatlarımız Özbəkistanda seçkiləri müşahidə edəcəklər

Deputatlarımız Özbəkistanda seçkiləri müşahidə edəcəklər

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Elman Nəsirov və Ağalar Vəliyev Özbəkistanda keçiriləcək prezident seçkilərini izləmək üçün dekabrın 1-də Daşkəndə səfər edəcəklər.
Parlamentin nümayəndə heyəti beynəlxalq müşahidəçilər qismində seçki prosesində iştirak edəcək. Bu barədə SİA-ya Milli Məclisdən məlumat veriblər. Deputatlarımız ölkədə seçkiqabağı hazırlıq işləri, məntəqələrdəki vəziyyət ilə yaxından tanış olacaq, vətəndaşların fəallığını müşahidə edəcəklər.
Səfər dekabrın 5-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə