"Azərbaycanın 2017-ci ilin dövlət büdcəsi layihəsində siyasi partiyalara 2,5 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub. SİA-nın xəbərinə görə, bu barədə maliyyə naziri Samir Şərifov gələn ilki büdcə layihəsinin parlament komitələrinin bu gün keçirilən birgə iclasında aparılan müzakirələrində deyib.
Nazirin sözlərinə görə, gələn il və sonrakı illərdə infrastruktur layihələrinin icrası üçün ayrılacaq maliyyə vəsaitinin həcmləri azaldılır.
S. Şərifov həmçinin bildirib ki, sərt monetar siyasətin nəticəsi olaraq, Dövlət Neft Fondunun aktivlərində azalmanın qarşısını alınıb: "Bu ilin sonuna Dövlət Neft Fondunun aktivləri 3,9 mlrd. ABŞ dolları azalmalı idi. 2016-ci ilin ötən dövründə Azərbaycan Mərkəzi Bankı və hökumətin atdığı addımların və sərt monetar siyasətinin nəticəsi olaraq, Dövlət Neft Fondunun aktivlərində azalmanın qarşısını alıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB