Almaniyanın Federal kəşfiyyat xidmətnin (BND) rəhbəri Bruna Kal bəyan edib ki, almaniyalı xüsusi xidmətçilərinin bəzi qiymətləndirmələrinə görə, Rusiya ABŞ-da keçirilmiş prezident seçkilərində kiberhücum şəklində müdaxilə cəhdləri edib.
"Bəli, bizdə bir sıra informasiyalar var ki, seçki prosesinə müdaxilə bir mənbədən idarə olunub", - deyə Kal Almaniyanın "Sueddeutsche Zeitung" nəşrinə danışarkən bildirib.
Eyni zamanda o vurğulayıb ki, kiberhücumun təşkilində hər hansı bir dövlətin iştirak etməsi faktını sübuta yetirmək çətindir, amma bir sıra detallar ona işarə edir ki, Rusiya hakimiyyəti bu məsələyə (kiberhücumlara-red.) dözümlü yanaşıb, yaxud bu istəkdə olub.
Bundan əlavə, Kal qeyd edib ki, Almaniya bundestaqına keçiriləcək seçkilər prosesində də kiberhücumların baş verməsi mümkündür və Almaniya Federativ Respublikası həmin kiberhücumların obyektinə çevrilə bilər.
"Cinayətkarların hədəfi var – demokratik prosesi məhz bu yolla delegitimləşdirmək"-deyə Almaniyanın Federal kəşfiyyat xidmətnin rəhbəri Bruna Kal bəyan edib.
Onun sözlərinə görə, Ukraynada baş qaldırmış münaqişədən sonra internetin almandilli seqmenti Rusiya tərəfindən işlənilən dezinformasiyalarla dolu olub.
Xatırladaq ki, bundestaqa seçkilər 2017-ci ilin sentyabrına təyin olunub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB