Millət vəkilləri saxta profil məsələsini müzakirə etdilər

Millət vəkilləri saxta profil məsələsini müzakirə etdilər

Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub. SİA-nın xəbərinə görə, müzakirələr zamanı fikrini bildirən millət vəkili Fazil Mustafa bildirib ki, layihə çox aktual son dərəcə vacibdir.


O bildirib ki, bir sıra insanlar xaricdə oturaraq və ya gizli olaraq bu işi həyata keçirirlər: "Başqa ölkələr tərəfindən yönləndirilən saytlar var ki, onlarla bağlı da araşdırma aparmaq lazımdır. Ola bilər ki, böhtan atmırlar, amma ölkənin imicinə ziyan vururlar".


Deputat Elmira Axundova qeyd edib ki, bu dəyişiklik ölkənin birinci xanımına və onun ailə üzvlərinə də şamil olunmalıdır: "Mənəviyyatdan uzaq olan şəxlər ölkə rəhbərini ünvanına təhqirlər, nalayiq sölər yazmaqdan çəkinmirlər. Bu halın vüsət almasına səbəb prezidentin hümanistliyidir. Bu dəyişikliklə heç bir mətbu orqana məhdudiyyət qoymuruq. Bəzi şəxslər, hətta ölkənin birinci xanımı, prezidentin ailə üzvlıəri barəsində çox mənəviyyatsız yazılar yazırlar. Bununla bağlı hüquqi tədbirlər görülməlidir. Dəyişiklik layihəsi prezidentin ailə üzvlərinə də şamil edilməlidir".


Deputat həmçinin vurğulayıb ki, bütün dünyada olduğu kimi, Azərbacyanda da məişət zorakılığı baş verir: "Statistikaya görə qadınlar öz ərləri tərəfindən zorakılıq halları artır. Belə insanlar cəzaya layiqdirlər, onlar ömürlük azadlıqdan məhrum edilməlidirlər. Buna görə də Cinayət Məcəlləsini bir sıra maddələrinə yenidənm baxılmalıdır. Xüsusilə də, ağır cinayət törədənlər, həyat yoldaşının başını kəsən, azyaşlıları zorlayanlarla bağlı ölüm hökmünün tətbiq olunmasının vaxtıdır".

Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib ki, ölüm hökmünün bərpa olunmasına ehtiyac yoxdur.

Fəzail Ağamalı qeyd edib ki, ediləcək dəyişiklik insanların şərəf və ləyaqətinin təhqir edilməsinin qarşısını alacaq.

Müzakirələr zamanı Məlahət İbrahimqızı, Aqil, Tahir Mirkişili də internetdə təhqirin yayılmasının yolverilməz olduğunu bildiriblər.


Məlumat üçün nəzərinizə çatdıraq ki, Cinayət Məcəlləsinin 148 və 323-cü maddələrinə dəyişiklik təklif olunub. Dəyişiklik layihəsində internetdə yalan yayanların və böhtan atanların cəzalandırılmasını nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня