Azərbaycan Milli Məclisi bir neçə hökumətlərarası sənədləri ratifikasiya edib. SİA-nın görə, bura "Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında" və "Serbiya Respublikası E-763 avtomobil magistralının lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borcalan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında 2012-ci il il 2 fevral tarixində imzalanmış Kredit Sazişində dəyişikliklər edilməsi haqqında" sazişləri daxildir.
Saziş layihələri səsverməyə çıxarılaraq qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB