Qənirə Paşayeva: "Qarabağa qanunsuz səfərlərlə bağlı sərt tədbirlər görülməlidir"
Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında xarici sənət, iş adamlarının, siyasətçilərin, diplomatların Dağlıq Qarabağa qanunsuz səfərləri ilə bağlı fikirlərini bildirib. SİA-nın xəbərinə görə, millət vəkili qeyd edib ki, Dağlıq Qarabağa qanunsuz səfər edənlərdən böyük əksəriyyəti orada tədbirlərdə iştirak edib, sonra Bakıya gələrək tədbirlərə qatılıblar: "Hər dəfə də bildiriblər ki, bilməmişik, xəbərimiz olmayıb, üzr istəyirik və.s. Bir çoxlarının da adları sonradan "qara siyahı"dan çıxarılır. Bu günlərdə də Fransa parlamentinin "Fransa-Qarabağ" dostluq qrupunun üzvləri qondarma DQR-ə qanunsuz səfər etdilər. Hesab edirəm ki, bunlar qəti yolverilməzdir və bu cür hallara qarşı daha sərt tədbirlər görülməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB