"Suriya və İraqda sıxışdırılan terrorçular Mərkəzi Asiya ölkələri üçün təhlükə yarada bilər". SİA-nın məlumatına görə, bunu Bloomberg agentliyinə müsahibəsində Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.
"Əgər bu gün İraq və Suriyada koalisiya aktiv hərəkətə keçərək İŞİD-i sıxışdırsa, onlar hara üz tutacaq? Əfqanıstan istiqamətinə. Onlar regionumuzun cənub sərhədlərində peyda ola bilərlər. Əfqanıstan Tacikistan, Türkmənistan, Özbəkistanla həmsərhədir. Və əgər onlar cənubdan qonşularımıza həmlə etsələr, bizim üçün də təhlükə yaranacaq. Ona görə də bu barədə birgə düşünürük", - deyə prezident bildirib.
Nazarbayev əlavə edib ki, terrorizmlə mübarizə təkcə Qazaxıstan üçün deyil, bütün planet üçün aktualdır: "Quranda müsəlmanın kimisə öldürməli olduğu barədə bir hərf belə yoxdur, əksinə deyilir ki, bir insanın öldürülməsi bütün bəşəriyyətin öldürülməsidir. Bütün millətlər arasında terrorçu ola bilər. İslam və terrorizm, ekstrmizim fərqli şeylərdir. Müsəlmanları terrorda günahlandırmaq doğrü və ədalətli yanaşma deyil. Ona görə də müsəlmanların da mübarizə apardığı terrordan danışmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB