Beynəlxalq Ordu Oyunlarının bəzi yarışları Azərbaycanda keçiriləcək

Beynəlxalq Ordu Oyunlarının bəzi yarışları Azərbaycanda keçiriləcək

Beynəlxalq Ordu Oyunlarının bəzi yarışları 2017-ci ildə Azərbaycanda keçiriləcək. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, bəzi yarışların Çin, Belarus, Qazaxıstan və Azərbaycanda keçirilməsi planlaşdırılır.

Nazir bildirib ki, Ordu Oyunları hərbi hazırlığın müasir formasına çevrilib: "Bu il yarışda 19 ölkədən 100 komanda iştirak edib. Hazırda üçüncü Beynəlxalq Ordu Oyunlarına fəal hazırlıq işləri aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə