Dan İanku: “Dağlıq Qarabağ münaqişəsi Aİ-də narahatlıq doğurur”

Dan İanku: “Dağlıq Qarabağ münaqişəsi Aİ-də narahatlıq doğurur”

"Dağlıq Qarabağ münaqişəsi Rumıniya və Avropa İttifaqında narahatlıq doğurur". SİA-nın məlumatına görə, bunu bir qrup jurnalistlə görüşündə Rumıniyanın Azərbaycandakı yeni səfiri Dan İanku deyib.

Diplomat əlavə edib ki, "Şərq Tərəfdaşlığı" proqramı ölkələrindəki həlli uzanmış münaqişələr, o cümlədən Dağlıq Qarabağ problemi Aİ, xüsusilə Rumniya üçün narahatlıq doğurmağda davam edir: "Dağlıq Qarabağ münaqişəsi Rumıniyanın və ümumilikdə Aİ-nin xarici siyasətində diqqət mərkəzindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə