Bu gün Bakıda Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA) Ətraf mühit və təbii ehtiyatlar komissiyasının ikinci iclası keçirilib. SİA-nın xəbərinə görə, iclas iştirakçıları tədbirdən öncə Fəxri Xiyabana gedərək, Ümumilli Lider Heydər Əliyevin abidəsini , daha sonra isə Şəhidlər Xiyabanında olub, Vətən uğrunda şəhid olanların qəbrini ziyarət ediblər.
Milli Məclisdə davam edən iclasda Komissiyanın sədri, Azərbaycanın TürkPA-dakı nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov açılış nitqi ilə çıxış edib. O bildirib ki, Əhliman Əmiraslanov deyib ki, ətraf mühitin problemlərinə cəmiyyət həssas olmalıdır.
Onun sözlərinə görə, cəmiyyət ətraf mühitlə bağlı problemlərlə məşğul olmazsa, gələcəkdə çox ciddi təhlükələr ola bilər: "Əsas məsələlərdən biri iqlim dəyişikliyi və günəşin azon qatının deşilməsidir. Ətrafa mühitə insanların atdığı tullantılar ciddi təhlükə yaradır. Hazırda dünyada içməli su problem də var. 1.5 milyard insan çirkli sudan istifadə edir. Bundan başqa, torpaqların deqradasiyaya uğraması nəticəsində də məhsuldarlıq azalır, meşə sahələri qırılır, bunun cüzi hissəsi bərpa edilir. Son yüz ildə dünyada əhalinin dörd dəfə artması , sənaye müəssisələrinin çoxalması bu cür ptoblemlər yaradır".
Ə.Əmiraslanov qeyd edib ki, bu problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürülməlidir.
Daha sonra iclasda Qlobal iqlim dəyişikliyi: üzv ölkələr üçün səbəblər və nəticələrə dair hesabat məruzələri dinlənilib.
İlk məruzə ilə çıxış edən komissiyanın sədr müavini Türkiyənin TürkPA-dakı nümayəndə heyətinin üzvü Feyzullah Kıyıklık bildirib ki, iqlim dəyişikliyi Türkiyəyə də təsirsiz ötüşmür.
Onun sözlərinə görə, TürkPA-da təmsil olunan ölkələr birləşərək birgə mübarizə aparmalıdırlar: "Ətraf mühitin problemlərinə həsr olunan 63 səhifəlik sənəd hazırlanıb, bu sənəddə iqlim dəyişikliyi ilə bağlı məsələyə toxunulub.
Daha sonra çıxış edən Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev xatırladıb ki, bu günə qədər Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı 45 qanun qəbul olunub: "Bu gün ekoloji problemlər dünyanı narahat edən məsələdir. Bu, Azərbaycan üçün də aktual məsələdir. Problemlərin həlli üçün Azərbaycan dünya təcrübəsindən daim yararlanır və bu istiqamətdə ölkəmizdə mühüm addımlar atılır.
İclas müzakirələrlə davam edib.
Sonda tövsiyyə qərarı qəbul olunub. Qərarı Milli Məclisin 7-ci plenar iclasında komissiyanın sədri Əhliman Əmiraslanov təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB