ABŞ-da prezident seçkiləri başa çatmayıb? Dekabrın 19-da daha bir səsvermə olacaq

ABŞ-da prezident seçkiləri başa çatmayıb? Dekabrın 19-da daha bir səsvermə olacaq

ABŞ-da keçirilmiş prezident seçkilərində ştatlarda verilmiş səslərin sayılması prosesi başa çatmaq üzrədir. Xüsusilə bəlli olub ki, son illərdə ən çox demokratların qalib gəldiyi Miçiqan ştatı bu dəfə respublikaçı Donald Trampa səs verib. Bu, adıçəkilən ştatda 1988-ci ildən bəri ilk hadisədir.

Əgər komissiya Miçiqandakı nəticələrin doğruluğunu təsdiqləyərsə, onda Tramp əlavə olaraq daha 16 seçici səsi qazanacaq və ümumilikdə 306 səsə sahib olacaq. Hillari Klnitonun isə seçicilərin 232 səsi olacaq. SİA xəbər verir ki, bu barədə "Detroit Free Press" nəşri yazır.

Klinton Trampı 2 milyon səs qabaqlayıb!

Lakin sabiq dövlət katibi Hillar Klinton seçkilərdə uduzmasına baxmayaraq, sadə seçicilərinin bülleten sayına görə Trampı xeyli üstələyib. Bu barədə isə "Politico" nəşri yazır. Nəşr qeyd edir ki, Klintona ABŞ vətəndaşlarının 62 milyon 223 min 958, Trampa isə 62 milyon 206 min 395 nəfəri səs verib. Namizədlərlə bağlı son rəsmi nəticələrin nə vaxt elan ediləcəyi isə bilinmir.

Xatırladaq ki, noyabrın 8-də ABŞ-da ikipilləli sistem üzrə prezident seçkiləri keçirilib. Namizədə qalib gəlməsi üçün 538 seçicidən 270 səs toplamaq kifayətdir.

Ona görə də Klintonun Trampdan 2 milyon artıq səs toplaması bəlli nəticələrə təsir etmir.

Seçicilər dekabrın 19-da səs verəcəklər. 2017-ci ilin yanvar ayının 6-da isə nəticələri konqres təsdiq edəcək. ABŞ-ın yeni seçilmiş prezidenti inaqurasiya mərasimindən sonra – yanvar ayının 20-dən etibarən rəsmən vəzifə başına keçəcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə