Adanada terror 2 nəfər öldü, 16 nəfər yaralandı

Adanada terror 2 nəfər öldü, 16 nəfər yaralandı

Türkiyənin cənubunda yerləşən Adana şəhərində 2 nəfərin ölümü, 16 nəfərin isə yaralanması ilə nəticələnən terror aksiyası həyata keçirilib. SİA-nın məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verir.

Partlayış valiliyin qarşısında yerləşən açıq avtomobil dayanacağında baş verib.

Polis və jandarma hadisənin PKK, yaxud "İslam Dövləti" (keçmiş adı "İŞİD") terror qruplaşması tərəfindən törədildiyi qənaətindədir.

Hazırda araşdırmalar aparılır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə