MDB PA-nın sessiyasında Azərbaycandakı referendumla bağlı məruzə təqdim ediləcək

MDB PA-nın sessiyasında Azərbaycandakı referendumla bağlı məruzə təqdim ediləcək

Bu gün MDB Parlament Assambleyasının(PA) Sankt Peterburqda payız sessiyası başlayır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, iki günlük iclasda Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov Azərbaycanda sentyabrın 26-da keçirilmiş referendumla bağlı məruzə təqdim edəcək. Payız sessiyasında həmçinin, Parlament Assambleyasının 25-ci ildönümü münasibətilə hazırlanan tədbirlər barədə məlumat veriləcək, 2017-ci il üçün qurumun iş planı müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə