ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın böyük oğlu Parisdə Suriya məsələsində Rusiya və ABŞ əməkdaşlığının tərəfdarları ilə görüş keçirib. SİA xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri mənbələrinə istinadən yazır.
Nəşr aşkar edib ki, sözügedən görüş oktyabrın 11-də "Rits" otelində keçirilib və orada 30-dək siyasətçi və biznesmen toplaşıb. Xüsusilə həmin görüşdə Suriyanın mötədil müxalifətinin lideri Randa Kassis də iştirak edib. Belə ki, o dəfələrlə Rusiya və Bəşər Əsədlə əməkdaşlıq etməyin tərəfdarı qismindəki bəyanatları ilə yadda qalıb.
"Rusiya ona görə müdaxilə etdi ki, o Suriyanı xilas etmək istəyib"-deyə Kassis "Əl-Cəzirə" yə həftənin çərşənbə axşamı günü verdiyi müsahibəsində bildirib. O, qeyd edib ki, bəziləri rusları anlamır: "Siz ancaq onları ittiham edirsiniz ki, onlar müxalifətə qarşı çıxırlar, ancaq sizə onları anlamaq lazmdır".
"The Wall Street Journal" nəşri yazır ki, Kassis Moskvada da bir neçə dəfə olub. İnformasiyaya malik mənbələr bildirirlər ki, onu hətta Sergey Lavrovun dostu da adlandıranlar var.
O cümlədən, qeyd olunur ki, Parisdəki görüşü də məhz Randa Kassisin əri təşkil edib. O, Fransanın beynəlxalq və siyasi araşdırmalar mərkəzinə rəhbərlik edir, eləcə də Qazağıstan və Rusiyada biznes sahələri var.
Trampın müşaviri Kellienn Konuey Trampın oğlunun Parisdə tədbir keçirdiyini təsdiq etsə də tədbirin təfərrüatları barədə heç nə deməyib.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB