Politoloq: “Ştatlardan birinin ABŞ tərkibindən çıxması mümkün deyil” AÇIQLAMA
"Kaliforniya ştatının separatçı addım atmasını şərtləndirən səbəblərdən biri kimi prezident seçkilərində Donald Trampın qələbəsi göstərilir. Bunu həm də liberal kütlənin reaksiyası kimi də başa düşmək olar. Kaliforniyalıların əksəriyyəti seçkilərdə Hillari Klintona səs vermişdi. Lakin, mən bununla razı deyiləm. Məsələ heç də Trampın qələbə qazanmasında deyil". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, ABŞ-da bəzi ştatlarda separatist meyllər zaman-zaman müşahidə olunur. Bu əhval Texasda da mövcuddur: "Məsələ burasındadır kı, Kaliforniya ştatı ABŞ büdcəsinə kifayət qədər vergi ödəyir. Məsələn, ştatın vətəndaşlarının verdikləri hər 1 dollarlıq verginin qarşılığında Kaliorniyaya büdcədən 0.79 sent vəsait daxil olur. Kaliforniyada referendumun keçirilməsi məsələsinə mən inanmıram. Ümumiyyətlə, hansısa ştatın müstəqil olması üçün onun ABŞ Konqresi tərəfindən tanınması lazımdır. Bu isə, indiki şəraitdə fantastik görünür. Ümumiyyətlə, hər hansısa bir ştatın ABŞ tərkibindən çıxması mümkün deyil. Kaliforniyada bu hərəkatın istəkləri siyasi etirazdan başqa şey deyil. Məqsəd diqqəti cəlb etməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB