"ABŞ-ın seçilmiş prezidenti Donald Tramp çox ehtimal ki, Massaçusest ştatının sabiq qubernatoru Mitt Romnini öz administrasiyasına dövlət katibi postuna təyin edəcək". SİA xəbər verir ki, bu barədə "Wall Street Journal" şəxsi mənbələrinə istinadən informasiya yayıb.
Nəşr yazır ki, Amerika diplomayiyasının əsas postuna kimin təyin olubacağı ilə bağlı elanın gecikməsi Trampın keçid komandasında "kanatın gərilməsi" səbəbindəndir. Xüsusilə rəqabət Romni ilə Nyu-Yorkun sabiq meri Rudolf Culiani arasında gedir. O cümlədən, komandada bu iki namizəddən başqa digər şəxslərin dövlət katibi postuna təyin olunması ətrafında namizədlərin axtarılması tələbi irəli sürülməkdədir.
Bununla yanaşı, qəzetin mənbələri nazir postlarına da mümkün namizədlərin adlarını açıqlayıblar. Belə ki, müdafiə naziri postuna istefada olan general Ceyms Mettisin, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə isə Cənubi Karolina ştatının qubernatoru Nikki Heylinin adları təklif olunub.
Bundan öncə Tramp Romni ilə öz iqamətgahında - Nyu-Cersidə yerləşən qolf-klubda görüş keçirib. Həmin vaxt Romni jurnalistlərin onun Trampla söhbəti zamanı dövlət katibi postuna təyinatı ilə bağlı razılaşmanın olub-olmaması haqqında suallarını cavablandırmaqdan imtina edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB