ABŞ-ın Kaliforniya ştatının Birləşmiş Ştatların tərkibindən ayrılması istiqamətində keçiriləcək ümumxalq səsverməyə hazırlıq işlərinin birinci mərhələsi başa çatdırılıb. SİA xəbər verir ki, bu barədə İtar-Tass agentliyi informasiya verib. Agentlikdən bildirilir ki, yerli KİV-lərin məlumatına görə, "Kaliforniyaya Hə" hərəkatının təşəbbüskarları ştatın baş prokurorluğunun aparatına müvafiq petisiyanı təqdim ediblər. Onlar hökumətdən irəli sürdükləri təkliflərini qeydə almağı və ona rəsmi ada verməyi xahiş ediblər.
Yeri gəlmişkən, Brtitaniyanın Avroittifaqdan çıxması ərəfəsində yaranmış "Brexit" ifadəsi Kaliforniyada "Calexit" kimi qeydə alına bilər.
Hərəkat fəalları ərizələrinin qeydə alınmasından sonra imzatoplama kampaniyasına başlaya bilərlər. Artıq onları dəstəkləyən 13 min könüllü də bir araya gəlib. .
Təşəbbüs qrupunun üzvləri vəziyyətin onların xeyrinə ola biləcəyi təqdirdə 2018-ci ildə səsvermənin keçiriləcəyinə inandıqlarını bildirirlər.
"Bürün bunlar reallıqdır"-deyə jurnalistlərlə söhbətində "Kaliforniyaya Hə" hərəkatının təşkilatçısı Markus Ruis Evans bildirib. O, bu işə ciddi yanaşdıqlarını vurğulayıb.
Eyni zamanda bildirilir ki, Evansın imzası petisiyada da var və o hökumət nümayəndəliyinə verilib. Yerli mətbuat yazır ki, Kaliforniyada separatçı meyllərin artmasına səbəb ABŞ-da keçirilmiş sonuncu prezident seçkilərində biznesmen-respublikaçı Donald Trampın qətiyyətli qələbə qazanmasıdır.
Halbuki, Kaliforniyalıların əksər çoxluğu prezident kreslosunda sabiq dövlət katibi Hillari Klintonu görməyə hazırlşırdılar.
"Calexit" təşəbbüskarlarının sözlərinə görə, Kaliforniya ştatının ABŞ-dan çıxması tələbinin reallaşması üçün onlarda kifayət qədər arqumentlər və sübutlar var. Onlar qeyd edirlər ki, Kaliforniya federal büdcəyə vergi ödəmək üzrə donor-ştatdır və bu ştatdan ödənilən vergilər ümumilikdə federal mərkəzdən gələn vəsaitlərdən daha çoxdur.
O da bəllidir ki, "Kaliforniyaya Hə" hərəkatı xarici ölkələrdə simvolik "səfirliklər" də açmağı qərara alıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB