Noyabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində "Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar" mövzusunda beynəlxalq forum öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov forumun məqsəd və əhəmiyyətindən danışıb.
Bildirilib ki, forumun təşkilinin məqsədi ölkəmizin dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilmiş multikulturalizmin Azərbaycan modelinin təbliği, Qarabağın tarixi haqqında həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılmasıdır. Noyabrın 21-dən 25-dək Bakıda və Avropanın Gənclər Paytaxtı seçilmiş Gəncədə keçiriləcək forum Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşdırılır. Gəncədə Avropanın gənc alimlərinin və media təmsilçilərinin iştirakı ilə multikulturalizmin Azərbaycan modeli barədə diskussiyalar təşkil ediləcək. Tədbir iştirakçıları arasında ölkəmizin tarixi Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması nəticəsində dağıdılmış abidələrin problemi ilə bağlı birgə elmi məqalələrin hazırlanması və Avropada çap edilməsi, eləcə də digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB