Millət vəkili: “Erməni deputatına verilən cavab bizim birliyimizi göstərdi” AÇIQLAMA

Millət vəkili: “Erməni deputatına verilən cavab bizim birliyimizi göstərdi” AÇIQLAMA

"Sevindirici hal odur ki, Türkiyədə keçirilən NATO Parlament Assambleyasının 62-ci sessiyasında erməni deputat Koryun Nahapetyan Qarabağla bağlı səsləndirdiyi sərsəm fikirlərinə görə bir neçə istiqamətdə öz cavabını aldı". Bunu SİA-ya millət vəkili Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, ən başlıcası isə NATO Parlament Assambleyasının 62-ci sessiyasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə erməni deputatın arasında yaranan qalmaqalda XİN rəhbəri ona öz cavabını verdi: "Bu cavaba isə bütün dünya şahid oldu. Bu birdaha onu göstərdi ki, Azərbaycan və Türkiyə iki dövlət, bir xalqdır. Beləcə erməninin bizim əleyhimizə apardığı siyasət bir növ ölkəmizin xeyrinə işlədi. Erməni deputatına verilən layiqli cavab dünyada birdaha bizim uğurlarımızı, birliyimizi, bütövlüyümüzü təsdiq etdi və göstərdi".

Bütün xəbərlər Facebook səhifəmizdə