Hüseynbala Mirələmov: “Yeni Azərbaycan Partiyası ilə qürur duyuram” MÜNASİBƏT - SƏS TV
"Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası (YAP) tarixi zərurətdən yarandı. Bu Partiyanı Azərbaycan xalqı yaratdı. O zamanlar Azərbaycan xalqı məcburiyyət qarşısında qalmışdı". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov deyib.
Onun sözlərinə görə, Ümumilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyası deməkdir: "Bütün xalqın ümidi dahi şəxsiyyətdə idi ki, o Azərbaycanda yenidən hakimiyyətə gəlsin. O zamanlar mən özüm də Xətai rayonunda Yeni Azərbaycan Partiyasını yaradanlardan biri olmuşam. Bakı şəhərində birinci Nərimanov, ikinci isə Xətai rayonunda YAP-ın təsis konfransı keçirildi. Həmin vaxt Rafiq Qasımov sədr seçildi, mən isə onun müavini. Çox çətin və ağır bir şəraitdə biz təsis konfransını keçirdik. Bu gün artıq 25 minə yaxın üzvümüz, 148 ilk partiya təşkilatımız var. Yəni YAP Xətai rayon təşkilatı bu gün Azərbaycanın ən böyük təşkilatlarından biridir. Mən bu Partiya ilə qürur duyuram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB