"Ermənistan prezidenti Serj Sarkisyanın səsləndirdiyi fikirlər prinsip etibarı ilə danışıqlardan imtina deməkdir. Əslində bu, düşmən ölkə prezidentinin Rusiya saytına verdiyi müsahibəsində də özünü nəzərə çarpdırmaqdadır". Bunu SİA-ya açıqlamasında siyasi-ekspert Elçin Mirzəbəyli deyib.
O bildirib ki, indiki şəraitdə Sarkisyanın məqsədi dönəmini başa vurmaqdan ibarətdir və məsuliyyətdən yayınmaq üçün ondan absurd bəyanatlar eşitmək olar.
Sarkisyan fikirləri ilə Ermənistanın birbaşa işğalda iştirak etdiyini növbəti dəfə etiraf etmiş oldu. Ermənistan prezidenti tərəfindən irəli sürülən şərtlərin hər ikisi işğalın arxasında məhz Ermənistanın dayandığını, Dağlıq Qarabağ, separatçı rejimlə bağlı səsləndirilən fikirlərin nağıldan başqa bir şey olmadığını sübuta yetirir".
E.Mirzəbəylinin sözlərinə görə, indiki şəraitdə Sarkisyanın mövqeyi həmsədrlər tərəfindən kəskin şəkildə pislənməlidir: "Onun bu açıqlamasına səbəb danışıqlar prosesindəki müəyyən durğunluqla bağlıdır. Sarkisyan ABŞ-da keçirilən son seçkiləri, eyni zamanda Fransa da keçiriləcək seçki nəticəsində hər iki ölkənin yekun xarici siyasətindəki müəyyən məqamların dəyişəcəyi ehtimalını nəzərə alaraq revanş etmək niyyətindədir. Bu, onun növbəti boşboğazlığıdır. Nəticə etibarı ilə nə danışıqlar prosesinə, nə də Ermənistanın özünə xeyr gətirməyəcək".
Qeyd edək ki, S.Sarkisyan Rusiyanın "Sputnik" agentliyinə müsahibəsində Dağlıq Qarabağı ya müstəqil dövlət, ya da Ermənistana birləşmiş şəkildə görmək istədiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB