Şəmkir və Samuxda YAP-ın yaradılmasının 24 ili qeyd edilib.

Şəmkir və Samuxda YAP-ın yaradılmasının 24 ili qeyd edilib.

Yeni Azərbaycan Partiyasının Yaradılmasının 24 il münasibəti ilə əvvəlcə tədbir iştirakçıları ümumilli lider Heydər Əlievin abidəsi ziyarət edib. Samuxda keçirilən tədbirdə partiyanın yaradılmasından, ölkənin siyasi həyatrındakı rolundan ətraflı bəhs edilib. SİA-nın bölgə müxbiri bildirib ki, iştirakçılar qeyd edib ki, 1992-ci ildə məhz "SƏS" qəzeti vasitəsi ilə ümumiulli lider Heydər Əliyev yeni bir siyasi gücün yaradıldığını xalqa bəyan edib. Bundan sonra Azərbaycan xalqı böyük siyasi xadimə hörmət, inam, sevgi hisslərini bir daha daha nümayiş etdirmək üçün bu partiya sıralarına üz tutub. Nəticədə indi YAP-ın Azərbaycanda 5300 artıq üzvu var. Qeyd edilib ki, onların 33 % -i gənclər, 52 %-i isə qadınlar təşkil edir. Samux rayonunda isə son 1 ildə 171 nəfər partiya üzvlüyünə qəbul edilib. Tədbirdə partiya fəallarına fəxri fərman, yeni üzvlərə vəsiqələr verilib.

Şəmkirdə də partiyanın yaranma tarixinə nəzər salınıb. Qeyd edilib ki, ümumilikdə konfransda YAP dövlətçiliyi ən uca tutan partiyadır. Şəmkirdə partiya təşkilatında 4000 gənc, 6000 isə qadınların birləşməsi qeyd edilib. Son vaxtlar isə partiya sıralarına 400 yeni üzv qəbul olunub.

Ilham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə