“Həmsədrlərin dəyişməsi, münaqişənin həllinə təsir etmir” ŞƏRH

“Həmsədrlərin dəyişməsi, münaqişənin həllinə təsir etmir” ŞƏRH

"Ceyms Uorlik yaddaşlarda ATƏT-in ziddiyyətli həmsədri kimi qalıb". Bunu SİA-ya açıqlamasında siyasi-ekspert Elçin Mirzəbəyli deyib.

O bildirib ki, amerikalı həmsədrin vəzifədən getməsinin ilk səbəbi özünün də söylədiyi kimi səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır: "Lakin bizim üçün mühüm məsələ Dağlıq Qarabağ münaqişəsinin həll edilməsidir ki, həmsədrlər dəyişir lakin problem həllini tapmır. Bu baxımdan yeni həmsədrin kim olacağının da, prinsip etibarı ilə bir o qədər önəmi yoxdur. Yeni insan ABŞ-ın Dövlət departamenti tərəfindən müəyyən ediləcək və onun görəcəyi bütün işlər də ilk növbədə departament tərəfindən ona veriləcək təlimatlar əsasında reallaşacaq.

Ümumiyyətlə, həmsədrlər müstəqil şəkildə mövqe nümayiş etdirmək imkanına malik deyillər, Onlar öz dövlətlərinin mövqelərini ifadə edirlər. Bu baxımdan indiyədək çoxsaylı dəyişikliklərin şahidi olsaq da, münaqişənin ATƏT-in Minsk qrupun tərəfindən tənzimlənməsində dəyişiklik görməmişik".

Məlumat üçün nəzərinizə çatdıraq ki, Ceyms Uorlik ATƏT-in Minsk qrupunun amerikalı həmsədri vəzifəsindən getməsi ilə bağlı özünün "Twitter" səhifəsində yazıb.

Uorlik qeyd edib: "Mən Minsk qrupunun həmsədri vəzifəsini dekabrın 31-də tərk edirəm. ABŞ Dövlət Departamentində 30 ilən artıq çalışmaq şərəf idi. Rusiyanın ən böyük və ən nüfuzlu hüquq firmasının ortağı kimi fəaliyyətimi davam etdirəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə