"Avstriya Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır" XİN rəhbəri

"Avstriya Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır" XİN rəhbəri

Avstriya ATƏT-in gələcək sədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Minsk prosesinin dəstəklənməsi üçün əlindən gələni edcək. SİA-nın məlumatına görə, bunu Avstriyanın xarici işlər naziri Sebastyan Kurts "Armenpress"ə müsahibəsində bildirib. O deyib ki, ölkəsi münaqişənin sülh yolu ilə həllinin tapılmasında tərəflərə kömək etməyə hazırdır: "Hələ ki, təşəbbüslərdən danışmaq tezdir, regional inkişafdan çox şey asılıdır. Gələn il Vyana sammitin keçiriləcəyi şəhər olacaq və əgər istək olarsa, biz danışıqları qəbul etməyə hazırıq. Avstriya Minsk qrupunun üzvü deyil, amma bu prosesi dəstəkləməyə hazırdır". XİN rəhbəri münaqişənin hərbi yolla həllinin olmadığığını əlavə edib.

Qeyd edək ki, Avstriya gələn il ATƏT-ə sədrlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə