Vitse-spiker: “Bu, Ermənistanın məğlubiyyətinə gətirib çıxaracaq” MÖVQE

Vitse-spiker: “Bu, Ermənistanın məğlubiyyətinə gətirib çıxaracaq” MÖVQE

"Ermənistan hər dəfə öz gücünə deyil, başqalarının gücünə istinad edərək hərəkətlər edir. Ölkə başçısı bu yaxınlarda təmas xəttinə səfəri zamanı da vurğuladı ki, Azərbaycan münaqişə tərəfi kimi yalnız öz gücünə güvənərək mübarizə aparır və öz ərazi bütövlüyünü təmin edəcək". SİA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin vitse-spikeri müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

B. Muradovanın sözlərinə görə, aprel döyüşləri sübut etdi ki, güclü olan hansı tərəfdir: "Əgər Ermənistan bundan sonra da ittifaqda olduğu ölkələrin hərbi gücünü öz gücü hesab edərək danışıqlarda iştirak edəcəksə, bu, yalnız onun məğlubiyyətinə gətirib çıxaracaq. Ermənistanın hazırkı iqtisadi durumu, əhalinin sosial vəziyyəti, ordusunun acınacaqlı vəziyyəti aprel döyüşlərində ortaya çıxdı. Bu günlərdə Ermənistan hüquq müdafiəçilərinin Azərbaycana səfəri zamanı onların arqumentlərə söykənən açıqlamaları da sübut edir ki, Ermənistan cəmiyyəti, xalqı siyasi rəhbərliyinin avantürasından narazıdır və öz problemlərində məhz Sarkisyan rejimini günahkar sayır. Ona görə də ölkələrin ərazi bütövlüyünün pozulması məqsədilə hər hansı hərbi ittifaqdan istifadə etmək mümkün olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə