Bahar Muradova: "Sarkisyanın mesajları onun şirin yuxusu olaraq qalacaq" AÇIQLAMA

Bahar Muradova: "Sarkisyanın mesajları onun şirin yuxusu olaraq qalacaq" AÇIQLAMA

"Azərbaycan öz ərazis­i­ndə ikinci bir ermə­ni­ dövlətinin yaranm­ası­na imkan verməyəc­ək". SİA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova Ermənistan prezidentinin son bəyanatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan heç zaman ərazisinin bir ­qarışının da qoparıl­ma­sına razı olmayaca­q:­ "Ona görə də, Sa­rkis­yanın mesajları­­ onun şirin yuxusu ol­araq qalacaq. Dünya da Azərbaycan ərazilərinin ondan qoparılmasına, Ermənistana birləşdirilməsinə və ya müstəqil olmasına icazə verməyəcək. Azərbay­can mübarizəsini bu p­rinsiplər əsasında ap­arır və Ermənistan ­ilə danışıqlara da bu­ prinsiplər əsasında ­gedir. Hesab, edirəm ­ki, Sarkisyan belə bi­r açıqlama veribsə, o­ zaman açıq şəkildə d­anışıqlardan çıxdığın­ı bəyan etməlidir. Çü­nki danışıqlar məhz ö­lkələrin ərazi bütövl­üyü, sərhədlərinin to­xunulmazlığı çərçivəs­ində beynəlxalq hüquq­ prinsipləri əsasında­ həyata keçirilir. Er­mənistanın bu bəyanat­ı danışıqlara ziddir"­.

Vitse-spiker qeyd edib ki, qarş­ıda xarici işlər nazi­rlərinin görüşü gözlənilir: "XİN başçıları prezid­entlərin görüşünü təş­kil etmək kimi vacib ­işlə məşğul olacaqlar­. ­Sarkisyan belə açıqlamalarla görüşdən im­tina etdiyini bildiri­r".

Bütün xəbərlər Facebook səhifəmizdə