Yalçın Topçu: "Ermənistanın haqsız işğalına tezliklə son qoyular” AÇIQLAMA

Yalçın Topçu: "Ermənistanın haqsız işğalına tezliklə son qoyular” AÇIQLAMA

Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu Bakıda jurnalistlərə açıqlama verib. SİA-nın məlumatına görə, o, açıqlamasında 300 milyonluq türk dünyasının, 1 milyard 700 milyonluq islam dünyasının mövcud olduğunu xatırladıb: "Əgər Rusiya kimi böyük dövlət terrorçu və işğalçı Ermənistana dəstəyini dayandırsa və Qarabağda haqlı olan tərəfin yanında dursa, bundan çox şey qazanar. Bu halda Rusiya 1 milyard 700 milyon insanın ürəyini, könlünü qazanmış olar. Rusiyanın belə bir ağılda olduğuna inanıram. Rusiya prezidenti Vladimir Putin böyük dövlət adamıdır. Bunu görürəm, bilirəm. İnşallah, qarşıdakı günlərdə Rusiya qarabağlı, şuşalı uşaqların atalarının, analarının torpaqlarına dönməsinə səbəb olan addımlar atar, Ermənistanın haqsız işğalına tezliklə son qoyular".

Bütün xəbərlər Facebook səhifəmizdə