"Prezident Barak Obama Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Edvard Snoudeni əfv edə bilməyəcəyi ilə bağı fikirlərini təsdiqləyərkən bir daha doğru danışmadığını nümayiş etdirir". SİA xəbər verir ki, bu barədə "WikiLeaks"ın tvitter səhifəsində qeyd olunub.
Bildirilir ki, əslində, doğru danışmadığını Obamanın özü də yaxşı bilir.
Ötən həftə Obama bəyan etmikşdi ki, o, Snoudenin əfv olunması mümkünlüyünə yenidən baxmaq imkanında deyil. Belə ki, bu, ancaq onun Amerika məhkəməsi qarşısında dayanmasından sonra mümkün ola bilər.
"Mən məhkəmə qarşısına çıxmamış insanı əfv edə bilmərəm. Ona görə də mövcud mövzu ətrafında hər hansı bir şərh vermək istəməzdim"-deyə o, ötən həftə Almaniyanın "Spiegel" dərgisinə və ARD teleradio şirkətinə verdiyi müsahibəsində bildirib.
Xatırladaq ki,, Edvard Snouden KİV-lərə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin məxfi materiallarını ötürüb və bu, sonradan ciddi beynəlxalq qalmaqallara səbəb olub. Xüsusilə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin Almaniyanın kansleri Angela Merkel də daxil olmaqla 35 ölkə rəhbərinin telefon dinləmələrini həyata keçirməsi diplomatik qalmaqalları daha da qızışdırmışdı.
Snouden 2013-cü ildə Rusiyaya qaçaraq 1 il müddətinə - 2014-cü ilin avqustuna qədər sığınacaq almağa müvəffəq olub. Sonradan onun Rusiyada qalması müddəti daha 4 il uzadılıb. Hazırda Snoudenə Rusiyada yaşamaq hüququ da verilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB