ASALA Vaqe Avetyanı hədələdi: "AİLƏNİ MƏHV EDƏCƏYİK"

ASALA Vaqe Avetyanı hədələdi: "AİLƏNİ MƏHV EDƏCƏYİK"

Mühacirətdə yaşayan erməni hüquq müdafiəçisi Vaqe Avetyan Bakıya forumda iştirak etmək üçün səfər etdikdən sonra ona qarşı hədələr, eləcə də ölüm təhdidləri artmağa başlayıb. SİA-nın məlumatına görə, ona qarşı təhdidlər yalnız sosial şəbəkələrin sıravi istifadəçiləri tərəfindən deyil, o cümlədən Ermənistanın ictimai-siyasi xadimləri, dövlət məmurları tərəfindən də səsləndirilir. Hətta onların arasında kinomatoqrafçılar ittifaqının sədri, Ermənistan müdafiə nazirinin müşaviri və s. də var. Belə ki, Avetyan sosial şəbəkədəki səhifəsində qeyd edib ki, təhdid edənlər onun ailəsini məhv edəcəyini, hətta balaca qızını da qətlə yetirəcəyini bildirirlər. Lakin o, heç bir təhdidlərə və hədələrə baxmayaraq, qərarını dəyişməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Vaqe Avetyana qarşı ölüm təhdidləri hücumlar erməni ictimai-siyasi xadimləri və dövlət məmurları ilə yanaşı, əsasən ASALA terror təşkilatı, eləcə də digər qondarma erməni patriotları tərəfindən edilir.

Xatırladaq ki, Vaqe Avetyan və digər erməni hüquq müdafiəçiləri Bakıda forum işinə qatılıblar və onlar Xocalı soyqırımında şəhid olmuş soydaşlarımızın xatirə kompleksi önünə gül dəstələri düzərək, onların ruhları qarşısında baş əyiblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə