YAP Sabunçu rayon təşkilatında Partiyanın 24-cü ildönümü qeyd olunub
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatında YAP-ın yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib.
SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Qərargahın akt zalında keçirilən tədbirdə Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyəti ilə xüsusi yer tutan YAP 24-cü ildönümünü qeyd edir: "Lakin tarixə nəzər salarkən, bu 24 ilin heç də asan keçmədiyini müşahidə etmiş oluruq. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və bununla da Azərbaycan inkişaf yoluna qədəm qoydu. Təbii ki, ölkəmizin əldə etdiyi uğurlarda partiyamızın da özünəməxsus rolu və payı var. Hazırda isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurla fəaliyyət göstərir və regionun ən güclü siyasi qüvvəsinə çevrilib".
A.Vəliyev partiyanın gəncliyin inkişafı üçün uğurlu fəaliyyət göstərdiyini diqqətə çatdıraraq YAP-ın sıralarında gənclərin kifayət qədər yüksək təmsil olunduqlarını vurğulayıb. Rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını və bu siysətin YAP Sədri, ölkə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva partiyanın yaranma tarixi və Azərbaycan dövlətçiliyinin inkişafında oynadığı rol barədə danışıb. M.Abasquliyeva vurğulayıb ki, YAP-ın yaranmasından 24 il ötsə də, bu müddət ərzində partiyamız çox zəngin yol keçib. Rayon təşkilatının sədri ötən 24 il ərzində ölkəmizdə baş verən yüksəliş və yeniləşmədə, uğurlu layihələrin həyata keçirilməsində aparıcı, vahid, qüdrətli, mütəşəkkil siyasi qüvvə kimi iştirak etdiyini, müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində yeganə iqtidar partiyası olduğunu əməli və səmərəli fəaliyyəti ilə sübuta yetirdiyini bildirib: "Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin yorulmaz və məqsədyönümlü fəaliyyəti sayəsində son illərdə partiyanın ölkənin ictimai-siyasi həyatında nüfuzu daha da artıb, cəmiyyət içərisində onun rolu yüksəlib, avanqard dəstəyə çevrilib. Yeni Azərbaycan Partiyasının avanqard dəstələrindən olan YAP Sabunçu rayon təşkilatı da partiyanın məqsəd və maraqlarını əldə rəhbər tutaraq partiyanın daha da çiçəklənməsi naminə məqədyönlü işlər görüb".
Tədbirdə digər çıxış edən millət vəkili Dilarə Cəbrayılova partiyanın 24 illik şərəfli və zəngin yol keçdiyini, Ümummilli Lider Heydər Əliyevin və Onun layiqli davamçısı, partiyanın Sədri, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlərə nail olunduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri, YAP-ın yaranmasının 24 illiyi münasibəti ilə bir qrup YAP Sabunçu rayon təşkilatı fəalına isə xatirə hədiyyəsi və fərmanlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB