Sarkisyan İlham Əliyevlə görüşmək istəyir

Sarkisyan İlham Əliyevlə görüşmək istəyir

Ermənistanın dövlət başçısı Serj Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bəyan edib. SİA-nın məlumatına görə, bu barədə Sarkisyan RİA Novosti agentliyinə müsahibəsində deyib.

O bildirib ki, heç vaxt hansısa görüşdən imtina etməyiblər: "Biz prezidentlər, xarici işlər nazirləri, hətta işgüzar səviyyədə heç bir görüşdən imtina etmirik. Lakin danışıqların fayda verməsinin tərəfdarıyıq".

Sarkisyan atəşkəs rejiminin pozulması hallarını araşdıran mexanizmin yaradılmasına dair razılaşmanı imzalamağa hazır olduqlarını da bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə