“Ağ ev Qarabağ üzrə son razılaşmalara sadiq qalacaq”

“Ağ ev Qarabağ üzrə son razılaşmalara sadiq qalacaq”

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsini dəstəkləyir". SİA-nın məlumatına görə, bunu İrəvanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Bricit Brink bildirib.

"Biz dəstək göstərməyə çalışırıq. ABŞ ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi, həm də Dövlət Departamenti vasitəsilə üzərinə düşən nə varsa, edir", -deyə o əlavə edib.

B.Brink bildirib ki, ABŞ-ın yeni adminstrasiyası regional prosesləri diqqətdə saxlayacaq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsinə sadiq qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə