ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp sözünün üzərində dayanarsa və terrora qarşı mübarizə aparacaqsa, Rusiya kimi Suriyanın müttəfiqi ola bilər. SİA xəbər verir ki, Suriyanın prezidenti Bəşər Əsəd bu sözləri Portuqaliyanın RTR dövlət televiziyasına müsahibə verərkən deyib.
Əsədin dediyinə görə, Trampın prezident seçikiləri kampaniyası dövründə ABŞ-ın "İslam Dövləti" ("İD") terror qruplaşmasına qarşı mübarizəsi istiqamətində daha çox diqqət ayıracağı barədə irəli sürdüyü fikirləri çox şeyi vəd edir. Lakin Suriya prezidentinin özü Trampa elə də çox ümid etmir.
"Demək istərdim ki, onun sözləri çox vədvericidir, lakin o bununla bacaracaqmı? Bu istiqamətdə hərəkət edə biləcəkmi? Bəs ona qarşı daxili administrasiyada fəaliyyət göstərən KİV-lər necə olacaq? O mətbuatla bacara biləcəkmi?"-deyə Bəşər Əsəd əlavə edib.
Xatırladaq ki, Tramp bəyan etmişdi ki, Vaşinqton Suriya lideri Əsədi devirmək yerinə"İD" ilə mübarizəni artırmalıdır.
"Suriya "Islam Dövləti" ilə döyüşür və bizə də "İD"-dən qurtulmaq lazımdır. Hazırda Rusiya Suriyanın əsas müttəfiqi qismində çıxış edir və bizdə martıq İran da var ki, bizim sayəmizdə Suriya ilə müttəfiqlik edir"-Tramp deyib.
Milyarder prezident bildirib ki, bir çoxlarından fərqli olaraq, onun Suriya ilə mövqeyi tərs-mütənasibdir.
"Bununla yanaşı, respublikaçı-milyarder vurğulayıb ki, Suriyanın "mülayim müxalifətinə" silahlı yardımın göndərilməsinə də son qoyula bilər. Çünki ABŞ-ın özündə də bu insanların kim olduqları dəqiq bəlli deyil"-deyə PortuqaliyanIn RTR dövlət telekanalı Bəşər Əsədlə müsahibəyə şərh verib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB