Naxçıvanda irimiqyaslı təlimlər davam edir FOTOLAR

Naxçıvanda irimiqyaslı təlimlər davam edir FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri çərçivəsində "Həyəcan" siqnalı ilə qaldırılan Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrinin şəxsi heyət və hərbi texnikası təyin olunmuş döyüş təyinatı rayonlarına çıxarılıb və hərtərəfli təminatla təmin edilib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Əlahiddə Ümumqoşun Ordunun artilleriya birləşmə və hissələrinin döyüş əməliyyatı rayonlarında peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə təlimlər keçirilir.

Döyüşdə tibb təminatının yüksək səviyyədə təşkili üçün tibb bölmələri səhra şəraitində açılaraq müvafiq tapşırıqları yerinə yetirməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə