Politoloq: "Azərbaycan ABŞ-la əməkdaşlığını inkişaf etdirəcək"

Politoloq: "Azərbaycan ABŞ-la əməkdaşlığını inkişaf etdirəcək"

"Hazırda Azərbaycanla ABŞ arasında əməkdaşlıq yüksək səviyyədədir. Amerikada yeni prezidentin seçilməsinin əməkdaşlığımızın daha da yüksələn xətlə davam etməsinə gətirib çıxaracağına inanırıq". Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

O, Donald Trampın ABŞ strategiyasından kənara çıxacağına inanmadığını bidirib: "D.Tramp dövlətinin mənafeyinə zərər verə biləcək addımlar atmayacaq. Azərbaycan isə öz müstəqil siyasəti ilə ABŞ-la əməkdaşlığını daha da inkişaf etdirəcək. Hər iki dövlət terrorla mübarizə sahəsində birlikdə fəaliyyət planlarına sadiq qalacaq. Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən olan ABŞ-dan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunması üçün səy göstərməsini istəyəcək. Azərbaycanla ABŞ arasında yüksək səviyyədə əməkdaşlıq davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə