Generallar və məmurlar xalqın cibinə girirlər ERMƏNİ ANALİTİK

Aram Amatuni layihə müzakirəsini korrupsiyanın pərdələnməsi kimi qiymətləndirib
Generallar və məmurlar xalqın cibinə girirlər ERMƏNİ ANALİTİK

Ermənistan parlamentinin son iclasında 2017-ci ildən başlayaraq, hər bir işləyən ölkə vətəndaşının ölən və yaralanan əsgər və zabit ailələrinin adına açılacaq xüsusi fonda aylıq şəkildə 1000 dram ödənilməsi haqqında layihə müzakirə edilib. SİA xəbər verir ki, layihənin müzakirəsi ölkə KİV-lərində birmənalı qarşılanmayıb və qeyd edilib ki, bu kimi layhihələr alqışa layiq olsa da Ermənistanda həmin kompensasiyaların ünvanına çatacağına inanan insan demək olar ki, yoxdur. 1.in.am saytının analitiki Aram Amatuni bununa bağlı ilginc məqamlara toxunub və qeyd edib ki, ortada müəmmalı situasiya mövcuddur: "Bir neçə il öncə mövcud hakimiyyət bənzər qərar vermişdi və 2-3 il ərzində Ermənistan ictimaiyyəti sözügedən istiqamət üzrə milyonlarla dram pul ödəmişdi. Lakin bu pullar ünvana çatmayaraq, hansısa şəxsin, ya da bir qrup şəxslərin ciblərinə axırdı".

Erməni müəllif qeyd edir ki, sonradan aprel müharibəsi baş verdi və məlum oldu ki, Ermənistanın sərhədlərini qoruyan hərbi qulluqçuların elementar material-texniki təchizatı belə yoxdur. Bu isə böyük miqyaslı itkilərlə müşahidə olundu: "Ötən müddət ərzində hər hansı bir dəyişik olmayıb. Bundan əlavə, ictimaiyyət əvvəllər olduğu kimi, indi də görür ki, istər öncə, istərsə də indi ordunu idarə edən general paqonlu şəxslər saraylarda yaşayırlar, üstəlik yenilərini də inşa etdirirlər. Və yalnız paqon daşıyanlar deyil, vətəndaşların problemləri ilə məşğul olmağa təhkim olunmuş məmurlar da eyni işlə - ciblərinə xalqın pullarını toplamaqla məşğuldurlar. Bir sözlə, növbəti layihə də vətəndaşların ciblərinə gormək üçün yeni tələdir".

Aram Amatuni layihə müzakirəsini korrupsiyanın pərdələnməsi kimi qiymətləndirib və sonda qeyd edib ki, məhz bu insanlar Ermənistanı mövcud ağır duruma sürükləyiblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə