Aİ Şurası "Şərq Tərəfdaşlığı"n müzakirə edəcək

Aİ Şurası "Şərq Tərəfdaşlığı"n müzakirə edəcək

Avropa İttifaqının Xarici Əlaqələr Şurasının noyabrın 14-də keçiriləcək iclasında "Şərq Tərəfdaşlığı" proqramının perspektivləri müzakirə olunacaq. SİA-nın məlumatına görə, iclasda proqram iştirakçısı olan altı ölkə - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə ikitərəfli və çoxtərəfli əlaqələrin cari vəziyyəti diqqət mərkəzində olacaq.

Həmçinin, Aİ-nin xarici işlər nazirləri tərəfdaşlığın gələcəyi ilə bağlı fikir mübadiləsi aparacaqlar, növbəti "Şərq Tərəfdaşlığı" sammitinin keçirilməsi ilə bağlı məsələyə toxunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə